 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Kreml ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Musavat.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın BBC-yə verdiyi müsahibədə Putini “ağlını itirmiş” şəxs kimi təqdim etməsinə münasibət bildirib.
Peskov bu ifadələri “emosional yüklənmənin nəticəsi” adlandırıb və Trampın Rusiya ilə Ukrayna arasında danışıqların bərpasına göstərdiyi səylərə görə təşəkkür edib.
“Bu, olduqca məsuliyyətli bir məqamdır. Emosional reaksiyalar hər kəsdə baş verir. Biz bütün reaksiyaları diqqətlə izləyirik. Bununla belə, Prezident Putin ölkəmizin təhlükəsizliyini təmin etmək üçün zəruri olan qərarları qəbul edir,” – deyə Peskov vurğulayıb.
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ