Onlayn ictimai-siyasi qəzet
Pentaqonun rəhbəri Pit Heqset qeyri-rəsmi şəkildə gələn il Tennessi ştatında qubernatorluğa namizədliyini irəli sürmək ehtimalını müzakirə edib.
Musavat.com xəbər verir ki, bu barədə “NBC News” telekanalına anonim mənbələr bildirib.
Telekanalın qeyd etdiyinə görə, əgər Heqset bu planlarını reallaşdırmaq qərarına gəlsə, bu, ABŞ Müdafiə Nazirliyinin rəhbərliyində ciddi dəyişikliklərə səbəb olacaq.
Müdafiə Nazirliyi mülki vəzifəli şəxslərin siyasi vəzifələrə namizədliyini irəli sürməsini qadağan edir, bu isə o deməkdir ki, Heqset Tennessi qubernatorluğuna namizəd olmaq üçün istefa verməlidir.
Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, Pit Heqset hələ də prezident Trampın rəhbərliyi altında öz vəzifəsinə tam diqqət yetirir.
Bununla belə, mənbələrdən biri bildirib ki, onların Heqsetlə söhbəti son üç həftə ərzində baş tutub və bu, sadəcə fikir mübadiləsi yox, ciddi bir danışıq olub. Digər mənbə də bu söhbəti ciddi xarakterli kimi qiymətləndirib.
Görüş zamanı seçkilərdə iştirakla bağlı zəruri məsələlər, o cümlədən Tennessi qubernatoru vəzifəsinə namizədlər üçün tələblər və Pit Heqsetin qalib gəlmək şansları müzakirə olunub.
Başqa bir mənbə Heqsetlə seçki kampaniyasının reallıqları barədə danışdığını bildirib.
Pit Heqsetlə danışanlar qeyd ediblər ki, o, konkret olaraq yaşadığı Tennessi ştatında qubernatorluğa namizədlikdən danışıb.
Gələn il ştatda açıq qubernator seçkiləri keçiriləcək, lakin Heqsetin namizədliyə uyğun gəlmədiyi bəzi tələblər mövcuddur.
Hər iki mənbənin sözlərinə görə, söhbətlərdən sonra Pit Heqsetin bu addımı atıb-atmayacağı aydın olmayıb. Amma hər ikisi onun bu barədə ciddi düşündüyünü təsdiqləyib.
Eyni zamanda Heqsetin ətrafındakı digər şəxslər bildiriblər ki, o, seçki kampaniyasına başlamağı planlaşdırmır. Keçən həftə onunla danışan şəxs Pit Heqsetdən vəzifəsini tərk etmək niyyəti ilə bağlı yayılan şayiələri soruşub.
Mənbənin sözlərinə görə, Heqset “çox dəqiq” şəkildə qubernatorluğa namizəd olmayacağını bildirib və bu ehtimalı tamamilə təkzib edib.
Bu şəxsin dediyinə görə, bu ideya “tamamilə gündəmdən çıxarılıb”.
Xatırladaq ki, iyun ayında ABŞ Konqresində Pit Heqset “ABŞ üçün rüsvayçılıq” adlandırılmış və ona “cəhənnəmə getməsini” tövsiyə etmişdilər.
Musavat.com
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ