Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Daniel Vitkoffun Rusiya ilə aparılan danışıqlar zamanı rus kəşfiyyatı – FSB tərəfindən təqdim olunmuş tərcüməçi ilə işlədiyi ortaya çıxıb. Bu barədə tanınmış amerikalı lobbiçi və ictimai fəal Uriel Epşteyn sensasion açıqlama verib.
Musavat.com xəbər verir ki, Epşteyn bu fikirləri jurnalist Alesia Batsmana verdiyi müsahibə zamanı dilə gətirib:
“Vitkoff otağa daxil olur, ruslarla danışıqlara əyləşir və ona bir qadın yaxınlaşır. O, soruşur: ‘Bu mənim tərcüməçimdir?’ Cavab verilir: ‘Bəli, sizin tərcüməçinizdir’. Ancaq daha sonra məlum olur ki, bu qadın Rusiya Federal Təhlükəsizlik Xidmətinin – FSB-nin əməkdaşıdır…”
Epşteyn bu halın təkcə etik yox, həm də dövlət təhlükəsizliyi baxımından ciddi problem olduğunu qeyd edib:
“Danışıqlarda tərcümə təkcə söz deyil, həm də intonasiya, mədəniyyət və kontekstin ötürülməsidir. FSB-nin əməkdaşı bunu necə edəcək? Təbii ki, Rusiya maraqları yönündə. Bu fakt Vitkoffun tamamilə qeyri-peşəkar olduğunu göstərir.”
Epşteyn ABŞ Prezidenti Donald Trampın nümayəndə seçərkən şəxsi sədaqəti peşəkarlıqdan üstün tutduğunu iddia edib:
“Trampın komandasında general Kellog kimi təcrübəli şəxs var. Hazırda o, ukraynalılarla işləyir. Kellog dövlətə və Konstitusiyaya sadiq peşəkardır. Vitkoff isə yalnız Trampın özünə sadiqdir. Belə seçimlər ABŞ üçün ciddi risklər yaradır.”
Qeyd edək ki, Uriel Epşteyn ABŞ-da fəaliyyət göstərən nüfuzlu siyasi fiqurdur və şahmat üzrə dünya çempionu Harri Kasparovun yaxın siyasi müttəfiqlərindəndir. Onun bu açıqlamaları Tramp administrasiyası ətrafında yeni müzakirələrə səbəb olub.
Musavat.com bu skandalla bağlı açıqlamanın video versiyasını da (rus dilində) təqdim edir.
Musavat.com
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ