İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkanda zibil qalmaqalı aradan qaldırıldı – FOTOLAR

Türkan qəsəbəsində uzun müddətdir yaşanan zibil fəlakəti nəhayət ki, aradan qaldırılıb.

Musavat.com-un yaydığı məqalədə sakinlərin “Türkanı zibilliyə çevirirlər!” fəryadı ictimai rezonans doğurdu və Bakı Şəhər İcra Hakimiyyəti problemin həlli üçün təcili addımlar atdı.

Xatırladaq ki, türkanlılar aylardır qəsəbənin yaxınlığında böyük zibil poliqonunun yaradılmasına qarşı etiraz edirdilər. Ətraf kənd və qəsəbələrdən yük maşınları ilə gətirilən tonlarla məişət tullantısı burada toplanır, yayılan üfunət və artan həşərat populyasiyası isə insanların həyatını dözülməz edirdi. “Əgər küçədə bir torba zibil atsaq, bizi 300 manat cərimələyirlər. Bəs tonlarla zibili bura gətirənlərə kim nəzarət edir?” – sakinlərin hiddətli sualı geniş müzakirəyə səbəb olmuşdu.

Sosial gərginlik artdıqca məsələ hüquqi müstəviyə də daşınmışdı. Hüquqşünaslar İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsini xatırladaraq, tullantıların yerləşdirilməsi və daşınması qaydalarının pozulmasına görə məsuliyyətin yalnız vətəndaşlara deyil, bu işə cavabdeh olan qurumlara da şamil olunduğunu vurğulayırdılar.

Sakinlərin səsini eşidən Bakı Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı operativ reaksiya göstərdi. Qurumdan bildirilib ki, Türkan qəsəbəsindəki zibillik təmizlənib, tullantılar daşınıb və ərazidə torpaqlama işləri aparılıb. Bundan əlavə, tullantıların yenidən toplanmaması üçün nəzarət tədbirlərinin gücləndiriləcəyi açıqlanıb.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR