İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 13 mərtəbəli binadakı yanğın nəticəsində üç nəfər ölüb

Türkiyənin Diyarbəkir şəhərində 13 mərtəbəli binada yanğın nəticəsində üç nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Diyarbəkir valiliyindən bildirilib.

Qeyd olunub ki, ölənlərdən ikisi uşaqdır.

Daha əvvəl 23 nəfərin tüstüdən zəhərləndiyi və onların xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.

***

Türkiyənin Diyarbəkir şəhərində 13 mərtəbəli bina yanır.

“Report” xəbər verir ki, hadisə Kayapımar rayonunda baş verir.

Yanan binadan 38 nəfər təxliyə olunub. Onlardan biri körpədir. Təxliyə prosesi davam edir.

Həmçinin tüstüdən zəhərlənən 23 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi məlum deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR