İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə qürur doğuran Azərbaycan müzakirələri - FOTO

Krım tatar xalqının ümummilli lideri Mustafa Abdülcemil Kırımoğlu ilə prezidentin baş müşaviri Yalçın Topçu Rusiya tərəfindən işğal olunmuş Krım və Ukrayna ilə bağlı son hadisələri müzakirə ediblər.

Bu barədə Musavat.com-a Ukraynadakı diasporumuzun fəal təmsilçisi Yalçın Qəhrəmanoğlu bildirib.

“Krım tatarlarının lideri, Ukraynanın dövlət və ictimai xadimi, böyük dissident və Ağsaqqalımız Mustafa Ağanın rəhbərlik etdiyi komandanın üzvü olaraq Türkiyədə rəsmi səfərdə oldum. Bu, mənim üçün əhəmiyyətli və həyatımdakı önəmli tarixi hadisə oldu”, deyə Y.Qəhrəmanoğlu əlavə edib.

Diaspor fəalı Türkiyə səfərilə bağlı maraqlı bir məqamı da bölüşüb: “Səfər zamanı rəsmi və mötəbər şəxslərin bir çoxu Azərbaycan-Ukrayna münasibətləri barədə soruşdular. Yalçın Topçu bəy də bu mövzuya toxundu. Mustafa Ağa cavabında Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna xalqına “Heç vaxt işğalla barışmayın” çağırışını xatırlatdı. Dedi ki, Azərbaycan daim dost Ukrayna xalqının yanındadır. Yalçın bəy bu sözlərdən sonra qürurla Azərbaycanı dərindən tanıdığını, Bakıda səfərdə olduğunu və bu gün Azərbaycanın tam fərqli bir ölkəyə çevrildiyini dedi. Bildirdi ki, bunda Azərbaycan rəhbərliyinin xüsusi rolu var”. Y.Qəhrəmanoğlu qeyd edib ki, o da vətənimiz Azərbaycandan bu cür fəxrlə danışılmasından qürur duyub: “Qarabağ məsələsində Türkiyənin dəstəyinə görə cənab Ərdoğanın simasında Türkiyə hökumətinə təşəkkürümü dilə gətirdim”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR