İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə məxsus "Boeing 747"  dənizə düşdü – iki nəfər həlak olub

Bu gün səhər Honkonq hava limanı yaxınlığında Türkiyəyə məxsus "Boeing 747" tipli təyyarə dənizə düşüb.

Musavat.com xəbər verir ki, hadisə yerli vaxtla saat 03:50-də (Bakı vaxtı ilə 23:50-də) baş verib.

Məlumata görə, təyyarə Dubaydan uçuş həyata keçirən “AirACT” şirkətinə məxsus yük reysi olub və “Emirates” üçün kommersiya daşınması aparırdı. Bu barədə məlumatı Flightradar24 xidməti sosial şəbəkə X vasitəsilə yayıb.

BBC xəbər verir ki, təyyarə uçuş-enmə zolağından çıxaraq hava limanının hasarını aşıb və təhlükəsizlik xidmətinə məxsus avtomobillə toqquşub. Nəticədə avtomobil dənizə düşüb, içərisində olan iki təhlükəsizlik əməkdaşı həyatını itirib.

Hazırda hadisə yerində xilasetmə və istintaq qrupları çalışır. Təyyarə heyətinin taleyi və qəzanın səbəbi barədə rəsmi məlumat hələ açıqlanmayıb.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR