Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, "The Wall Street Journal" ABŞ və Rusiya arasında aparılan danışıqlarda Ukrayna ilə bağlı yeni təklifin müzakirə olunduğunu yazıb.
Məlumata görə, plan çərçivəsində Kiyev Donetsk vilayətindən çıxmağı yalnız Rusiya qoşunlarının Xerson və Zaporojye vilayətlərindən tamamilə geri çəkilməsi şərti ilə qəbul edə bilər.
Nəşrin mənbələri bildirir ki, sözügedən təklif ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçiriləcək görüş ərəfəsində gündəmə gətirilib. Plana əsasən, ilkin mərhələdə qarşılıqlı geri çəkilmə həyata keçiriləcək, daha sonra isə tərəflər arasında atəşkəsin uzunmüddətli təminatı üzrə danışıqlar aparılacaq.
Ukrayna prezidenti Volodimir Zelenski bu cür “torpaq dəyişimi” ideyasını rədd edib və vurğulayıb ki, ölkəsinin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. ABŞ və Avropa İttifaqı ölkələri də Kiyevin mövqeyinə dəstək ifadə ediblər.
Musavat.com
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ