Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Rusiyanın Bryansk vilayətinin Oktyabrskoye kəndində yerləşən Bryansk aeroportuna pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücum nəticəsində bir ədəd "Mi-8" hərbi helikopteri məhv edilib, daha bir "Mi-35" helikopteri isə zədələnib.
Musavat.com xəbər verir ki, bu barədə cümə günü, iyunun 6-da Rusiyanın “Astra” nəşri mənbələrə istinadən məlumat yayıb.
"Zərbələr nəticəsində "Mi-8" döyüş helikopteri tamamilə yanıb, onun döyüş ləvazimatları partlayıb. "Mi-35" helikopteri də qismən zədələnib", – deyə xəbərdə bildirilir.
Bundan əlavə, hava limanının inzibati binası və xilasetmə xidmətinə məxsus bina da zərər görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Nəşr Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, iyunun 6-na keçən gecə hava limanı Ukraynaya məxsus PUA-ların hücumuna məruz qalıb.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ