İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna XİN rəhbəri Macarıstanı Rusiyadan asılılıqda ittiham etdi

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Macarıstan XİN rəhbəri Peter Siyyartonun bəyanatına sərt cavab verib.

Musavat.com xəbər verir ki, Siyyarto Ukraynanı “Drujba” neft kəmərinə hücumda ittiham etmişdi.

Sibiqa sosial şəbəkə X-də yazıb:
“Peter, bu müharibəni başlayan və onu bitirməkdən imtina edən Rusiya yox, Ukraynadır. İllərlə Macarıstanda Moskvaya etibar etməyin düzgün olmadığı deyilib, amma Budapeşt bütün səylərini Rusiyadan asılı qalmağa yönəltdi, hətta genişmiqyaslı müharibədən sonra belə”.

Diplomat əlavə edib:

“İndi siz şikayət və hədələrinizi Moskvadakı dostlarınıza göndərə bilərsiniz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR