Onlayn ictimai-siyasi qəzet
Zelenski Tramp ilə görüşü “indiyə qədərki ən yaxşısı” adlandırdı
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə keçirilən görüşdən sonra yekun brifinq verib. Daha sonra isə Kiyevə uçub.
Zelenski bildirib ki, görüşün nəticələrindən məmnundur və bunu “indiyə qədər keçirdiyi ən yaxşı görüş” kimi qiymətləndirib.
“Çox məsələləri – döyüş meydanındakı real vəziyyəti xəritə üzərində amerikalı tərəfdaşlara göstərə bildim. Kim, nəyi, həqiqətən – şayiələrə deyil, reallığa əsaslanaraq – bizim torpaqda, ərazimizdə nəzarətdə saxlayır, bunu nümayiş etdirdim”, – Ukrayna lideri vurğulayıb.
O, həmçinin Trampa görüşə görə təşəkkür edib və əldə olunmuş nəticələrin gələcək addımlar üçün mühüm əsas olduğunu qeyd edib.
Fox News Zelenskinin Vaşinqtonu artıq tərk etdiyini, Kiyevə döndüyünü bildirib.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ