İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın müharibədən sonrakı bərpası da təhlükə qarşısındadır – Bir adamın mövqeyi üzündən...

Bu günlərdə onlarla Qərb lideri, eləcə də dünyanın müxtəlif ölkələrindən bir çox qeyri-hökumət təşkilatları və şirkətlər iddialı “Ukraynanın yenidən qurulması üzrə konfrans” üçün Romaya toplaşdılar.

Musavat.com xəbər verir ki, sammitin məqsədi “Ukraynanın sürətli bərpası və uzunmüddətli yenidən qurulması” üçün yol xəritəsinin hazırlanması olub.

“The Telegraph”a görə, “heç bir isti sözlər və xoşməramlı diplomatiya onu gizlədə bilməz ki, Ukraynanın gələcəyi hələ də bir adamın şıltaqlığı ilə müəyyən edilir: Donald Tramp”.

Nəşrin yazdığına görə, Roma sammitindən əvvəl Ukraynanın müharibədən sonrakı bərpası üçün on milyardlarla dollar vəsaitin yığılmasında əsas rol oynamış Uoll Street aktivlərinin idarə edilməsi nəhəngi BlackRock-un artıq layihədə iştirak etmədiyi məlum olduqdan sonra Ukraynanın dirçəlməsinə olan ümidlər ciddi şəkildə sarsılmışdı. Xüsusilə müharibə başlayandan sonra bu investisiya nəhəngi Ukraynanın Bərpa Fondunun yaradılmasında əsas rol oynayıb. Ukrayna üçün daha da narahatedici odur ki, BlackRock-u qorxmağa və getməyə vadar edən Trampın prezident seçilməsidir.

“The Telegraph” xatırladır ki, 2024-cü ildə BlackRock-un direktorlar şurasının sədr müavini Filip Hildebrand əmin idi ki, onun şirkəti Qərb müttəfiqlərindən, inkişaf banklarından və özəl investorlardan təxminən 2,5 milyard dollar cəlb edə bilib. Onun fikrincə, bu məbləğ 15 milyard dolları keçə bilər.

Bununla belə, hətta Hildebrandın maksimum hesablamalarına görə, bu, Dünya Bankının hesablamasına əsasən Ukraynanı bərpa etmək üçün lazım olan 525 milyard dolların yalnız kiçik bir hissəsi olacaq.

Qəzetə görə, “BlackRock”un itirilməsi Kiyevdə və onun hüdudlarından kənarda hiss olunacaq, lakin Tramp fondun suverenliyinə kölgə salmağa davam etdikcə mənfi təsir daha da artacaq. Bu, Ukraynaya münasibəti biganəlik və açıq düşmənçilik arasında dəyişən bir insanın göstəricisidir. Belə uyğunsuzluq BlackRock-un mövqeyinin dəyişməsi üçün katalizator oldu.

Trampın kəskin dönüşləri şirkətin cəlb etməyə çalışdığı investorları qorxutduğundan şirkət mövqeyini dəyişmək məcburiyyətində qaldı: "Ağ Evin Ukrayna ilə bağlı mövqeyi ilə bağlı qərar verə bilməməsi ilə ölkənin öz müqəddəratını təyin etmək qabiliyyəti həmişəkindən daha qeyri-müəyyənləşir. Birləşmiş Ştatlar müəyyən mənada Ukraynanın ən böyük donorudur. O, həm də ona ən çox hərbi dəstək verir. Bu il Kiyev ABŞ-ın yardımının azaldılması səbəbindən 19 milyard dollar kəsirlə üzləşib".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR