Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ukrayna ilə bağlı uzunmüddətli nizamlanma yollarının ciddi şəkildə axtarılmasında maraqlıdır.
Musavat.com xəbər verir ki, Peskov bu bəyanatı Avropa İttifaqının Rusiya əleyhinə yeni sanksiyalarla hədələməsinə cavab olaraq səsləndirib.
“Rusiya ilə danışıqlarda ultimatum dili işlədilə bilməz. Bu yanaşma konstruktiv dialoqu mümkünsüz edir,” – deyə Peskov vurğulayıb.
Prezidentin sözçüsü əlavə edib ki, Vladimir Putinin Ukrayna böhranının real həlli üçün irəli sürdüyü təşəbbüslər bir çox ölkə liderləri tərəfindən anlayış və dəstəklə qarşılanıb.
Peskov həmçinin ABŞ Prezidenti Donald Trampın Ukrayna tərəfini Rusiyanın təklif etdiyi görüşdə qeyd-şərtsiz iştirak etməyə çağırdığını xatırladıb.
Polşa ilə bağlı məsələyə toxunan Kremlin nümayəndəsi Varşavanın Rusiya Baş Konsulluğunu bağlamasını “vəhşicəsinə düşmənçilik” kimi dəyərləndirib və bu qərarın Moskva ilə münasibətləri daha da dərin böhrana sürüklədiyini qeyd edib.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ