İnsanlara hürriyət, millətlərə istiqlal!

Ural manyakının sonu – Onun cinayətlərinə görə bir şəxs edam edilib, biri də türmədə öldürülüb

Nikolay Fefilov SSRİ-də ən qəddar qatillərindən biri olub. Altı il ərzində günahsız insanlar onun törətdiyi cinayətlərə görə cəzalandırılarkən, o, qızları və uşaqları zorlayıb öldürüb.

Qadınlara qarşı nifrət

Fefilov 1946-cı ildə Sverdlovsk vilayətində anadan olub. Gələcək qatilin böyüdüyü ailə haqqında, demək olar ki, heç nə məlum deyil. Nikolay əsgərlikdən qayıtdıqdan sonra qonşusu olan gənc qıza sevgisini etiraf edib. Lakin qız onun sevgi etirafını istehza ilə qarşılayıb. Bir müddətdən sonra hekayə unudulub. Fefilov başqa bir qadınla tanış olub və onunla evlənib.

url-5.jpeg (69 KB)

Cütlüyün iki qızı dünyaya gəlib və ailə başçısı “Uralskiy Raboçiy” qəzetində çapçı kimi işə düzəlib. Heç kim Nikolayın ruhunda qadınlara qarşı aqressivliyin toplandığından şübhələnməyib. Üstəlik, kişi tez-tez arvadı ilə mübahisə edib. Həyat yoldaşı onu qətiyyətsizlikdə və görkəmli olmamasına görə məzəmmət edib.

İlk qətl

Manyak Fefilov ilk dəfə 1982-ci il aprelin 29-da qətl törədib. Həmin gün o, meşədə, köhnə Moskva şossesinin yaxınlığında, “Kontrol” dayanacağının yanında beşinci sinif şagirdi Lena Manquşevanı görüb. Lena anasına söz verdiyi kimi, axşam saat 5-də evə getməyə tələsib. Buna görə də şagird meşənin kənarından qısa yoldan keçməyə qərar verib. Məhz o zaman zəif görkəmli bir balaca kişi həyat yoldaşı ilə dava etdiyi üçün əsəbi formada onun boynundan tutub kolluğa sürükləyib və orada zorlayıb. Qız ağlamağa başlayanda o, beşinci sinif şagirdini öz pioner qalstuku ilə boğub, bədənini budaqlarla örtüb. O, qızın bel çantasını özü ilə götürüb, qərara alıb ki, karandaşlar və qələmlər olan karandaş qutusu, həmçinin bir-iki dərslik onun iki qızı üçün faydalı olacaq.

url-4.jpeg (81 KB)

Müstəntiqlər sadisti tez tutmaq adı ilə qurban axtarmağa başlayıblar. Bir müddət sonra 28 yaşlı oğlan Georgi Xabarov onların əlinə keçib. Əqli inkişafdan geri qalan, hələ də xüsusi məktəbdə oxuyan və quldurluqda məhkum edilən Xabarov ideal namizəd olub. Təzyiq və hədə-qorxu öz işini görüb.

İkinci dindirilmə zamanı Xabarov qızı zorladığını və boğduğunu “etiraf edib”. Hətta onun cəsədini harada gizlətdiyini də göstərib. Bununla belə, bir çox cəhətdən əqli qüsurlu quldur Georginin ifadəsi qeyri-dəqiq və qeyri-müəyyən olub. Məsələn, meyiti harada gizlətdiyini bildirərək, karandaş və dərsliklərlə birlikdə portfeli hara atdığını göstərə bilməyib. Hakim Vasili Yejikov hiss edib ki, burada nəsə baş verir və qətli oğlanın boynuna qoyublar. Üstəlik, son dinləmələrdə bildirib ki, qətl baş verən günü o, evdə olub.

url-3.jpeg (27 KB)

Nəticədə Xabarov 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hökmdən sonra ictimai rəy işə qarışıb. Zorlanan və öldürülən qızın anası zavod işçiləri arasında “manyak Xabarov”un edam edilməsi tələbi ilə imza toplamağa başlayıb və 1983-cü il martın 23-də o, ölüm cəzasına məhkum edilib.

"Qatil" edam olunub, amma cinayətlər davam edir

Fefilov 1983-cü ilin avqust ayının 7-də “sevimli” dayanacağına gəlib, sonra meşə parkındakı ən yaxın skamyada oturub və cığırla bir gənc idmançı qızın ona tərəf qaçdığını görüb. Manyak qızın boğazını möhkəm sıxaraq onu kolların içinə aparıb. O, gənc qızı zorlayıb, sonra isə kəməri ilə boğub.

Bir il sonra Fefilov yenidən bu yerə qayıdıb. Yaxınlıqda heç kimi tapmayan manyak cığırlarla gəzməyə çıxıb. Tezliklə o, məktəbdən qayıdan beşinci sinif şagirdi Nataşa Lapşina ilə tanış olub. Manyak qızı yerə yıxaraq cığırdan 4-5 metr aralıda kolluqların içinə sürükləyib. Orada onu zorlayıb və boğub. Həmişə olduğu kimi, o, meyiti kolların arasında gizlədib və “yadigar” olaraq, qurbanın bel çantasından o vaxtlar az tapılan flomasterlərlə dolu parlaq qutunu götürüb. Elə həmin axşam qatil bu “hədiyyəni” qızlarına təqdim edib.

url-1.jpeg (33 KB)

Hakimiyyət milisə “problemi həll etmək” və təhlükəsizliyi təmin etmək üçün son dərəcə sərt tələblər qoyub. Müstəntiqlər bu dəfə də qatili yox, onun 20 yaşlı qurbanı Gülnarə Yakubovanın cansız bədənini aşkar ediblər. Tezliklə, qurbanın dostlarını və tanışlarını sorğu-sual etdikdən sonra müstəntiqlər bir vaxtlar ümidsizcəsinə qızla görüşən və onun daimi imtinalarından əsəbiləşən dostu Mixail Titovu saxlayıblar. Titov 1984-cü il may ayının sonunda həbs olunub. Dindirmələr zamanı o, hər şeyi “etiraf” edib. Lakin o, məhkəmə qarşısına çıxa bilməyib. Həbsindən ay yarım sonra özlərini “qeyrət-namus keşikçisi” sayan məhbuslar onu kamerada döyərək öldürüblər.

Altı il cəzasızlıq

Daha sonra manyak 21 yaşlı Larisa Dyaçukun həyatına son qoyub Bu işdə müstəntiqlər meşəbəyi İvan Andropovu saxlayıblar. Həbs edilməsinə səbəb onun üzərindən tapılan gödəkçə olub. Andropov istintaq təcridxanasına salınıb və 1986-cı il mayın 26-dək, manyakın yeni qurbanı - tibb kollecinin öldürülmüş və zorlanmış tələbəsi Olqa Timofeyevanın cəsədi meşədə tapılana qədər istintaq altında qalıb. Növbəti qurban isə 19 yaşlı Yelena Kuk olub. Fetilov bu dəfə zorladığı və qətlə yetirdiyi insanların bədənlərini təhqir edib, orqanlarını kəsib.

url-2.jpeg (45 KB)

Yalnız 1988-ci ildə hüquq-mühafizə orqanları, nəhayət, əsl cinayətkarı müəyyən ediblər. Həmin il aprel ayının sonunda Mayakovski adına parkda manyak daha bir qızı öldürüb və cəsədi kolların arasında gizlətmək istəyərkən ərazidə patrulluq edən milislər onu görüb. Fefilov saxlanılıb, evinə baxış zamanı öldürülən şəxslərin əşyaları aşkar edilib.

Məhkəmə psixiatrik ekspertizası qatilin anlaqlı olduğunu müəyyən edib. Lakin Fefilova məhkəməni və hökmü görmək nəsib olmayıb. 1988-ci ilin sentyabrında onun cəsədi istintaq təcridxanasında tapılıb. Manyakı kimin öldürdüyü sualı cavabsız qalıb.

Bir versiyaya görə, Nikolay, onun cinayətlərindən qəzəblənən məhbuslar tərəfindən öldürülüb. Heç kimə sirr deyil ki, məhbuslar arasında zorlayanlara, uşaqlara işgəncə verənlərə rəhm edilmir. Başqa versiyaya görə, Fefilovun işi Sverdlovsk vilayətinin hüquq-mühafizə orqanlarının reputasiyasına ciddi zərbə vurduğundan, milis rəhbərliyi onun sağ qalmasını istəməyib.

Versiyaların ikisi də həqiqət ola bilər: milislər məhbuslara “bu adamı necə bilirsiniz, elə edin” eyham edər və məhbuslar da işi bitirərlər.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR