İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uşağımı subay kişidən doğmuşam" - Vəfa Şərifova

Müğənni Vəfa Şərifova jurnalist Türkan Məmmədlinin suallarını cavablandırıb.

Milli.Az xəbər verir ki, şəxsi həyatından danışan ifaçlı bir sıra mövzuları gün üzünə çıxarıb.

Sənətçi maraqlı etirafı ilə diqqət çəkib:

"Özüm də bilmirəm. Kimin ərini, yaxud həmkarımın sevgilisini əlindən almışam? Artıq bu siyahıları qarışdırıram. Hər şey göründüyü kimi deyil. Nikahım yoxdu, amma övladımı subay kişidən dünyaya gətirmişəm. O demək deyil, başqa xanımla rəsmi evliliyi olan bəydən uşaq dünyaya gətirmişəm. Mənimlə nikahım olmayan kişinin heç kimlə yoxdur. Onun keçmişində kimlərinsə olmağı mənim günahım deyil.

Mən o insanla tanış olanda, bütün ölkə bilir ki, həyatında başqa müğənni xanım olub. Artıq ayrılmışdılar. O xanımın həyatında başqa bəy vardı. Bu insanın həyatına çox-çox sonra gəlmişəm. Bir də bu mövzular barədə sual verilməsini istəmirəm. Nə qədər açıqlama versən də, "Dağıtmısan da..." düşünənlər olacaq. Çox şey danışa bilərəm. Ancaq bu etdiyim gələcəkdə övladlarıma başqa insanlara ziyan vuracaqsa, etmək istəmirəm. Gün gələr, bəlkə, haradansa mövzuları ortaya çıxa da bilər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR