İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzak şehir” aktyorlarından gözlənilməz açıqlama: “Ailəm ilə birlikdə…”  

Kanal D-nin fenomen serialı “Uzak Şehir” bu gün sezon final bölümü ilə ekranlarda olacaq.

Musavat.com xəbər verir ki, ekran işinin aktyorları və çəkiliş qrupu sezon finalı yeməyində bir araya gəlib. Sinem Ünsal, Ozan Akbaba, Kuzey Gezer, Qonca Cilasun, Atakan Özkaya, Sahra Şaş, Müfit Kayacan, İlkay Kayku Atalay, Alper Çankaya və Dilin Döğer kimi serialın baş qəhrəmanları sezon finalı yeməyindən əvvəl kameralar qarşısına keçib. Jurnalistlərin suallarını cavablandırıb.
“Uzak şehir” serialının ən əhəmiyyətli iki obrazını canlandıran Sinem Ünsal (Alya) və Ozan Akbaba (Cihan) birlikdə kameralar qarşısına keçib. Onlar serialı sevənlərə, müsbət və mənfi tənqid edənlərə təşəkkürlərini bildiriblər və ekran işinin ənlərini açıqlayıb.
“Uzak şehir” serialı ilə bağlı jurnalistlərin verdiyi suallara səmimi cavab verən Sinem Ünsal və Ozan Akbaba müsahibələrində Uzak Şehir serialının ən yaxşılarını da açıqlayıb.

Uzak Şehir serialının ən yaxşıları:
Serialın ən yaraşıqlısı - Atakan Özkayadır
Serialın ən gözəli – Sahra Şaş
Setin ən gülməlisi – Bütün Uzak Şehir komandası
Sinem Ünsal isə Mardində ən soyuq günləri yaşadığını bildirib. O, sevgilisinə görə davamlı İstanbula gəldiyini də gizlətməyib.
Ozan Akbaba isə ailəsi ilə çəkilişlər müddətində Mardində yaşayacağını bildirib.

Könül
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR