Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanlı döyüşçü Valentina Şevçenko Kanadanın Monreal şəhərində keçirilən UFC 315 turnirində çempion titulunu müdafiə edib.
Teleqraf xəbər verir ki, idmançı fransalı Manon Fioroya qalib gəlib.
Döyüş beş raund davam edib. Nəticədə V.Şevçenko hakimlərin yekdil qərarı ilə (50-45, 50-45, 50-45) qalib elan edilib və kəmərini qorumağı bacarıb.
Qeyd edək ki, Şevçenko sentyabrın 15-də UFC titulunu meksikalı Aleksa Qrassonu məğlub etməklə geri qazanmışdı. Həmin döyüş də beş raund davam etmiş və Şevçenkonun qələbəsi ilə başa çatmışdı.
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ