İnsanlara hürriyət, millətlərə istiqlal!

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqliyyat vasitələrinə, piyada keçidlərindən istifadə edən piyadalara təhlükəli vəziyyət yaradan belə şəxslərin törətdiyi qayda pozuntuları müşahidə kameraları tərəfindən qeydə alınır.

Musavat.com bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

Qeyd edilib ki, qanunvericiliyin tələblərinə əsasən, velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər.

"Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

Skuter (kiçik elektrik nəqliyyat vasitələrini) idarə edənlər isə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə hərəkət etməlidirlər.

Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə, ümumilikdə isə piyadalara yol verməlidirlər.

Sürücülərimiz unutmamalıdır ki, törədilən hər bir qayda pozuntusu yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər", - məlumatda deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

12 May 2025

BÜTÜN XƏBƏRLƏR