Onlayn ictimai-siyasi qəzet
Serbiya prezidenti Aleksandr Vuçiç Moskvaya səfər edib və Qızıl Meydanı ziyarət edib.
Musavat.com xəbər verir ki, o, Kremlin divarları önündə videomüraciət yayımlayıb.
Serbiya lideri bildirib ki, Moskvaya səfərinə müxtəlif ölkələrin necə reaksiya verdiyi onun üçün əhəmiyyət kəsb etmir.
Vuçiçin sözlərinə görə, o, yaxşı bilir ki, nə edirsə etsin, həmişə tənqid olunacaq, çünki Serbiyanın artıq avropayönlü yoldan çıxdığını deyəcək adamlar həmişə tapılacaq.
Aleksandr Vuçiç vurğulayıb ki, onu nə Latviya, nə Estoniya, nə Litva, nə də başqa bir ölkə seçir.
Serbiya prezidenti əmin olduğunu bildirib ki, respublika Avropa yolunda qalacaq.
“Əgər kimisə cəzalandırmaq istəyirlərsə, qoy məni cəzalandırsınlar”, - deyə Vuçiç əlavə edib.
Prezident Vuçiç yaxın günlərə dair planlarını da açıqlayıb: o, Patriarx Kirill ilə görüşəcək və ona orden təqdim edəcək, bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə, 9 mayda isə Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək, həmçinin Rusiya prezidenti Vladimir Putinlə də danışıqlar aparacaq.
Vuçiç Moskvaya 7 mayda çatıb. Onun təyyarəsi Rusiyanın hava məkanında pilotsuz uçuş təhlükəsi səbəbilə Bakıda məcburi eniş edib. Litva və Latviya Serbiya prezidentinin təyyarəsi üçün öz hava məkanlarını bağlayıb.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ