İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüzün bağlanması İranın intiharı olar - Vens

Hörmüz boğazının bağlanması İran iqtisadiyyatı üçün intihar olardı.

Musavat.com xəbər verir ki, bunu NBC News-amüsahibəsində ABŞ-ın vitse-prezidenti C.D.Vens deyib.

Ona Hörmüz boğazının mümkün bağlanmasının ABŞ üçün qırmızı xətt olub-olmayacağı sualı verili: "Düşünürəm ki, bu, iranlıların özləri üçün intihar olardı. Yəni onların bütün iqtisadiyyatı Hörmüz boğazından keçir. Əgər onlar öz iqtisadiyyatlarını məhv etmək və dünyada tənəzzülə səbəb olmaq istəyirlərsə, məncə, bu, onların qərarı olacaq. Amma niyə belə etsinlər? Məncə, bunun heç bir mənası yoxdur. Bunun nə onlar üçün, nə də başqaları üçün məntiqli olduğunu düşünmürəm"
Onun fikrincə, ABŞ prezidenti Donald Tramp mayın ortalarında Tehranla danışıqların heç bir nəticə vermədiyi qənaətinə gəlib və özəl olaraq ultimatumlar verib: "Düşünürəm ki, o (Tramp – red.) mayın ortalarında bu prosesin heç bir nəticə vermədiyinə qərar verdi və İrana özəl olaraq ultimatumlar göndərmək qərarına gəldi. Və sonda biz qərara gəldik ki, Fordodakı və bəzi digər obyektləri özümüz məhv edək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR