Onlayn ictimai-siyasi qəzet
Xorvatiya millisinin hücumçusu Marko Pyasanın tezliklə «Qarababğ»a transfer olunacağı barədə iddialar yayılıb.
Sosial şəbəkələrdə sürətlə tirajlanan xəbərdərə görə, Azərbaycan çempionu «Yuventus»un sabiq forvardı ilə bir müddət əvvəl başladığı danışıqları artıq bitirmək üzrədir.
2024-cü ilin yayından «Dinamo»nun formasını geyinən və ötən müddətdə Zaqreb təmsilçisinin heyətində 34 oyuna qol vuran ön xətt oyunçusunun «köhlən atlar»la anlaşmaq üzrə olduğu söylənilir.
2016-2023-cü illərdə «Yuventus»un formasını geyinmiş Pyasanın «Qarabağ»la 2 illik müqavilə bağlayacağı deyilir.
Sportinfo.az Ağdam klubundan yayılan iddialara münasibət öyrənib.
Bildirilib ki, xorvatiyalı ulduzun gəlişi gündəmdə deyil:
«Onunla nə danışıqlar olub, nə də alaqə. Bu söz-söhbətlərin hamısı əsassızdır».
23 Iyun 2025
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ