Onlayn ictimai-siyasi qəzet
İranın ali lideri ayətullah Əli Xamenei ABŞ-ı İslam Respublikasına qarşı müharibəyə qoşulacağı təqdirdə bərpası mümkün olmayan nəticələrlə hədələyib.
Musavat.com xəbər verir ki, o, xalqa müraciətində deyib:
“İranı, iran xalqını və onun tarixini tanıyan ağıllı insanlar bu millətlə heç vaxt hədələyici dildə danışmazlar. Çünki iran xalqı təslim olmayacaq və amerikalılar bilməlidirlər ki, ABŞ-ın istənilən hərbi müdaxiləsi şübhəsiz ki, bərpaolunmaz ziyan vuracaq”.
Xamenei deyib ki, İran İsraillə münaqişədə qalib gələcək. O vurğulayıb ki, ABŞ İranla hərbi münaqişənin baş verəcəyi təqdirdə Tehrandan daha çox zərər görəcək.
Qeyd olunub ki, İranın ali lideri bu fikirləri ABŞ prezidenti Donald Trampın bəyanatlarını şərh edərkən deyib. Bundan əvvəl o, Tehrandan “dərhal təslim olmağı” tələb edib.
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ