Onlayn ictimai-siyasi qəzet
Yəməndəki “Ənsarallah” qruplaşmasının döyüşçüləri (Əl-Husi ardıclıları) Qırmızı dənizdə Liberiya bayrağı altında yük daşıyan “Eternity C” gəmisinə hücum edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iki ekipaj üzvü ağır yaralanıb, ikisi itkin düşüb. Hücum Hodeyda sahilindən təxminən 50 dəniz mili aralıda baş verib.
Məlumata görə, hücumda dəniz pilotsuz uçan aparatları, qayıqlar və əldə tutulan tank əleyhinə qumbaraatanlardan istifadə edilib.
Bir neçə gün əvvəl, iyulun 6-da üsyançılar başqa bir Yunanıstan gəmisi “Magic Seas”-ə hücum ediblər və onu batırıblar.
Musavat.com
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ