Onlayn ictimai-siyasi qəzet
Bakı-Qazax yolunda “Mercedes-Benz Vito” markalı avtomobil alışıb.
Musavat.com xəbər verir ki, sərnişin daşıyan avtomobil texniki nasazlıqdan anidən alışmağa başlayıb.
Sürücünün şansı onda gətirib ki, həmin zaman yolda su daşıyan avtomobil olub. Ətrafda olanların da köməyi ilə su maşını avtomobili söndürə bilib.
Qeyd edək ki, son günlər havaların kəskin isti keçməsi ilə paytaxt Bakıda və bölgələrdə onlarla avtomobil yollarda alışaraq kül olub.
Musavat.com
24 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ