Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə ABŞ-da Ukrayna və ABŞ nümayəndə heyətləri arasında vacib görüşlərin keçiriləcəyini bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, görüşlərdə əsas mövzular azad ticarət sazişi və müdafiə sahəsində əməkdaşlıq olacaq.
“Biz prezident Trampdan güclü addımlar gözləyirik. Ümid edirik ki, o, sanksiyaları dəstəkləyəcək və Putini müharibəni dayandırmağa, heç olmasa atəşkəsə getməyə məcbur edəcək. Paralel olaraq ABŞ tərəfi ilə iqtisadi və müdafiə sahəsində sazişlər üzərində işləyirik. Biz azad ticarət haqqında saziş imzalamaq istədiyimizi ABŞ tərəfinə təklif etmişik,” — deyə Zelenski onlayn brifinq zamanı bildirib.
Prezident qeyd edib ki, bu məsələlər ABŞ-da keçiriləcək görüşlərdə qaldırılacaq: “Komandamız ABŞ-da olacaq və biz bu iki məsələni — azad ticarət sazişi və müdafiə sahəsində güclü razılaşmanı müzakirə edəcəyik. Mən bunu prezident Trampla da danışmışam. Biz Ukraynaya silah tədarükünü nəzərdə tutan bir saziş imzalamaq istəyirik. Bu, yardım deyil, alış olacaq”.
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ