Onlayn ictimai-siyasi qəzet
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Rusiya hələ də Prezident Volodimir Zelenskinin Vladimir Putinlə görüş təklifinə cavab verməyib.
Musavat.com xəbər verir ki, rəsmilərin sözlərinə görə Ukrayna tərəfi bu təklifi münaqişənin diplomatik yolla həllinə şans vermək üçün irəli sürüb.
“Moskva daha bir fürsəti əldən verir – bu, qətllərə son qoymaq üçün bir imkan idi. Bu addım bir daha göstərir ki, Rusiyanın yeganə məqsədi müharibəni uzatmaqdır. Əksinə, Ukrayna münaqişəni dayandırmaq və diplomatiyaya imkan vermək üçün bütün səyləri göstərir,” – deyə Sibiqa bildirib.
Onun sözlərinə görə, Zelenski Putinlə şəxsən bu cümə axşamı görüşməyə belə hazır olduğunu bildirib, lakin Rusiya tərəfdən hələ də rəsmi cavab yoxdur.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ