Onlayn ictimai-siyasi qəzet
Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə gələn həftə danışıqların yeni raundunun keçirilməsini təklif edib.
Musavat.com xəbər verir ki, məlumatı Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə açıqlayıb.
Onun sözlərinə görə, müvafiq təklifi İstanbulda keçirilən danışıqlarda Kiyev nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTX) katibi Rustem Umerov səsləndirib:
"Rustem Umerov Rusiya tərəfinə gələn həftə növbəti görüşü təklif etdiyini söylədi. Danışıqların dinamikasını artırmaq lazımdır. Biz atəşkəsə nail olmaq üçün hər şeyi etməliyik. Rusiya tərəfi isə qərar verməkdən qaçmağı dayandırmalıdır. Əsirlərin mübadiləsi, uşaqların qaytarılması, qətllərə son qoyulmalıdır. Və bizə liderlər səviyyəsində görüş lazımdır ki, sülhü təmin edək".
İyulun 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən qeyd edib ki, Rusiya Ukraynanın danışıqların üçüncü raundu üçün təkliflər verməsini gözləyir. O əlavə edib ki, hələlik əvvəlki razılaşmaların icrası davam edir, lakin bundan sonra Kiyev qərar verməli olacaq.
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ