Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Xarkovda yerləşən trolleybus deposuna dron hücumu nəticəsində baş verən dağıntıları nümayiş etdirib.
Musavat.com xəbər verir ki, Zelenski bu hadisəyə münasibət bildirərək beynəlxalq ictimaiyyəti sərt mövqe tutmağa çağırıb.
“Rusiyanın strategiyası həyatı dağıtmaqdan ibarətdir. Rusiya bu siyasətindən yalnız ona qarşı kifayət qədər təzyiq göstəriləcəyi təqdirdə imtina edər. Hətta təzyiqin azaldılması və ya sanksiyaların yumşaldılması ilə bağlı danışmaq belə Moskvada siyasi qələbə kimi qiymətləndirilir və onları yeni hücumlara və diplomatiyanı görməzdən gəlməyə təşviq edir,” – deyə Zelenski bildirib.
O, dünya ölkələrini – ABŞ, Avropa və sülh istəyən hər kəsi – qərarlı və güclü davranmağa çağırıb:
“Təcavüzkarla ticarət etmək yox, onu qətlləri dayandırmağa və təhlükəsizliyi bərpa etməyə məcbur etmək lazımdır".
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ