İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Ukrayna ildə 8 milyon dron istehsal edə bilər, lakin maliyyə çatışmır  

Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitində çıxışı zamanı ölkəsinin hərbi-sənaye potensialı və maliyyə çatışmazlığı ilə bağlı mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o bildirib ki, Ukrayna ildə 8 milyon dron istehsal etmək imkanına malikdir, lakin bu həcmin yalnız az bir hissəsini maliyyələşdirmək mümkündür.

Zelenskinin sözlərinə görə, Ukraynanın ümumi müdafiə potensialı 44 milyard dolları ötür və bu rəqəm minə yaxın silah növünü əhatə edir – artilleriyadan tutmuş raketlərə və pilotsuz uçuş aparatlarına qədər.

“Biz ildə 8 milyon dron istehsal edə bilərik, amma vəsait yalnız kiçik bir hissəsinə yetir. Eyni zamanda, Rusiya müharibəni təkcə neft gəlirləri hesabına deyil, həm də Şimali Koreya və İrandan aldığı dəstək hesabına maliyyələşdirir,” – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, Rusiyanın bu şəkildə davamlı olaraq maliyyə və hərbi resurslar əldə etməsi fonunda Ukraynaya daha çox beynəlxalq dəstək vacibdir. O, NATO ölkələrini və beynəlxalq ictimaiyyəti daha sıx həmrəyliyə və birgə müdafiə strategiyasına çağırıb:
“Ən yaxşı müdafiə həmrəylikdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR