İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən sərt mesaj: “Atəşkəsdən imtina Putinin niyyətinin göstəricisidir”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlarda əsas məsələnin atəşkəs olduğunu bildirib.

Musavat.com xəbər verir ki, dövlət başçısı bu barədə yerli mətbuata açıqlamasında danışıb.

“Əgər Rusiya nümayəndə heyəti ilə atəşkəsə dair razılığa gələ bilməsək, bu, birbaşa Putinin müharibəni bitirmək niyyətində olmadığını göstərəcək,” – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri bildirib ki, bu məsələdə kompromisə getmək mümkün deyil və ölkəsinin prioritet mövqeyi döyüş əməliyyatlarının dayandırılmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR