Onlayn ictimai-siyasi qəzet
İLK YAYIM SAATI: 15:54
İstanbulda Ukrayna-Rusiya müzakirələri, nəhayət, start götürüb. Aydındır ki, bir günlük danışıqlarla möcüzə olası deyil. Xüsusən də ona görə ki, tərəflərin sülhlə bağlı gözləntiləri, sülhə baxışları bir-birinə diametral zidd olaraq qalır.
Məsələ ondadır ki, Moskva özünü 1945-ci ilin mayındakı qalib ədası ilə aparırsa və Ukraynaya aşağılayıcı nəzərlə baxırsa, - nümayəndə heyətinin bəsit tərkibi bunun daha bir sübutudur, - ən əsası, Kiyevdən faktiki kapitulyasiya tələb edirsə, hansı pozitiv yekuna ümid bəsləmək olar? Ümumiyyətlə, Kremlin siyasi leksikonunda görəsən “güzəşt”, “kompromis” anlayışları varmı, ona ədalətli sülh lazımmı?..
Ukraynalı jurnalist, publisist və analitik Vitali Portnikov hesab edir ki, Putinə sülh lazım deyil. Onun qənaətincə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə məqsəd Ukrayna dövlətçiliyini məhv etmək və keçmiş Ukrayna SSR-i özünə birləşdirməkdir. “Putin üçün hər hansı sülh danışıqları maraqsızdır, ona görə ki, bu, onun məqsədlərindən yaındırır” – Minval.az-a müsahibəsində Portnikov vurğulayıb.
Ardınca o, əslində hamının yaxşı bildiyi və çoxunun etiraf edə bilmədiyi bir gerçəyə diqqət çəkib. Sitat: “Beynəlxalq birlik deyilən bir şey yox. Qərb ölkələri var ki, Rusiyaya qarşı təzyiq siyasəti aparır. Hansı təzyiqi ki, Trampın rəhbərliyi altında ABŞ xeyli zəiflədib. Bir də Rusiya ilə münasibətlərini davam etdirən, Kremlin işğalçı müharibəsinə əhəmiyyət verməyən Qlobal Cənub var”...
“Beynəlxalq birlik”, “beynəlxalq ictimaiyyət” deyilən amorf anlayışların mövcud olmadığını ən birinci elə Azərbaycan anlayıb. Bunu ilk sübut edən də bizik – erməni işğalı üzləşən ölkə.
44 günlük Vətən müharibəsi də ona görə qaçılmaza çevrildi ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağa dair 4 məlum qətnaməsi (822, 853, 874, 884) yaddan çıxmış, ona səsə vermiş vasitəçi-həmsədr ölkələr (Rusiya, ABŞ, Fransa) belə, təcavüzkarın başını tumarlamağa, işğalı rəsmiləşdirməyə başlamışdılar. İndi Rusiyaya tətbiq elədikləri sanksiyaları təcavüzkar Ermənistana tətbiq eləmək əvəzinə!..
Yenə Ukraynanın arxasında 4 ildir ABŞ başda olmaqla, kollektiv Qərb durub. Azərbaycan isə tək-tənha idi. Heç qardaş Türkiyəyə də uzun illər Azərbaycana gərəkən hərbi köməyi göstərməyə imkan vermədilər. Üstəgəl, Türk-islam amili, “xristian təəssübkeşliyi”, qısası, “ikili”, “üçlü” standartlar.
Bu, azmış kimi ABŞ 1992-ci ildə işğalçı Ermənistanı qoyub Azərbaycana sanksiya tətbiq eləmişdi. “Azadlığı Müdafiə Akt”ına bədnam “907-ci düzəlişi”i deyirik. Qadağa hələ də qüvvədədir...
Sonra. Ukraynalı təhlilçiyə görə, bu və digər səbəbdən Rusiya-Ukrayna müharibəsi davam edəcək. “Mövcud vəziyyətdə Ukraynanın əsas vəzifəsi ABŞ-ın hərbi və maliyyə yardımını saxlamasına nail olmaq, Avropanın əsas vəzifəsi Ukraynaya kömək etmək, Rusiyanın əsas hədəfi isə uzunmüddətli müharibə ilə Ukraynanı taqətdən salmaq və nəticə etibarilə SSRİ-ni 1991-ci il sərhədində bərpa etmək olacaq - bütün keçmiş sovet respublikalarının dövlətçiliyinin ləğvi ilə”, - əlavə edib.
Təbii ki, ədalətsiz müharibədə həlledici söz Ukraynaya, onun xalqına məxsusdur. Xaricdən hər cür köməyə, yardıma rəğmən, istənilən halda “güc doğana düşər”. Rusiyanın neo-imperiya, “SSRİ-2” planları hər şeydən öncə Ukrayna xalqının fədakarlığı ilə Ukraynada pozula, “suya düşə” bilər – güclü iradə, güclü mübarizə əzmi, güclü ordu və hərbi-siyasi rəhbərlik ətrafında sıx birləşməklə. Yeri gəlsə, partizan hərəkatı ilə. Çünki aydındır ki, ağzında “şirə” qalan bir yırtıcı dövlət daha böyük iştahlara düşə bilər.
Qalır Bakının Ukraynaya qoyduğu qiymətli “miras”a Kiyevin sahib çıxması. Lazımi dərsi götürüb uğura imza atması. Slava Ukraini!..
23 May 2025
19 May 2025
17 May 2025
16 May 2025
13 May 2025
09 May 2025
07 May 2025
02 May 2025
26 Aprel 2025
19 Aprel 2025
14 Aprel 2025
07 Aprel 2025
01 Aprel 2025
24 Mart 2025
17 Mart 2025
14 Mart 2025
12 Mart 2025
07 Mart 2025
05 Mart 2025
28 Fevral 2025
26 Fevral 2025
25 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
04 Fevral 2025
01 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ