İnsanlara hürriyət, millətlərə istiqlal!

10 ilin əziyyəti 1 saata YANDI: "Ferrari" külə döndü - VİDEO

Yaponiyada 33 yaşlı musiqi prodüseri Honkon 10 il ərzində topladığı vəsaitlə nəhayət arzusuna çataraq "Ferrari 458 Spider" markalı lüks avtomobil alıb.

Musavat.com xəbər verir ki, lakin onun sevinci cəmi bir saat çəkib, avtomobil ilk sürüş zamanı alışaraq tamamilə yanıb.

Honkonun sözlərinə görə, avtomobili idarə edərkən qəfil tüstü görüb və dərhal dayanaraq yanğınsöndürənləri çağırıb. Lakin alov avtomobili tam bürüyüb və nəticədə maşın yararsız hala düşüb.

Ən acınacaqlısı isə odur ki, idman avtomobili böyük ehtimalla sığortalanmayıb.

“Necə yaşayacağımı bilmirəm… Maşını almaq üçün 10 il sərf etdim, onu itirmək üçünsə sadəcə bir saat kifayət etdi”, – deyə Honkon bildirib.

photo_2025-04-22_16-13-54-2.jpg (64 KB)

@@TVmusavat/113504@@

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

12 May 2025

BÜTÜN XƏBƏRLƏR