İnsanlara hürriyət, millətlərə istiqlal!

14 yaşlı oğlan 8 yaşlı uşağı zorlayıb - Dəhşətli cinayətdə 10 il cəza

Bölgələrdən birində dəhşətli zorakılıq hadisəsi baş verib. 14 yaşlı oğlan 8 yaşlı həmkəndlisi oğlana qarşı seksual xarakterli zorakılıq əməli törədib.

Musavat.com xəbər verir ki, cinayəti törədən 2010-cu il təvəllüdü A.F. 10 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayəti törtəməkdə təqsirli bilinən A.F. özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş kimi tanınan şəxsin ailəsi ilə aralarında ədavət olub. Buna görə də zərərçəkmiş şəxsin anası onu şərləyib.

“Mən heç nə etməmişəm. Heyvanları otarmaq üçün evdən çıxmışdım. Çöldən qayıdanda uşağın anası məni görüb dedi ki, oğluna nəsə etmişəm. Sonra da polisə məlumat verdi. Mən polisdə də heç nə etmədiyimi demişəm”- deyə təqsirləndirilən şəxs ifadəsinə əlavə edib.

Təqsirləndirilən şəxs istintaq zamanı etirafedici ifadə versə də məhkəmədə özünü günhakar bilməyib. Ziddiyyətli ifadəsini A.F. belə izah edib ki, istintaq zamanı qorxub. Dediyinə görə ona atasının da həbs ediləcəyi deyilib. Buna görə də qorxaraq etirafedici ifadə verib.

A.F. zərərçəkmiş uşağın ailəsi ilə öz ailəsi arasında torpaq üstündə ədavət olduğunu deyib. Bildirib ki, uşağın anası onlardan qisas almaq üçün bu cür şikayət edib.

İttihama görə A.F. uşağa 50 qəpik verərək onu aldadıb. Uşaq zorakılığa məruz qaldıqdan sonra anasının yanına gedib. Ağlayaraq baş verənləri anasına danışıb. Uşağın ağrıları olduğu üçün təcili olaraq həkimə aparılıb.

Zərərçəkmiş uşağın anası oğlunun ona hər şeyi etiraf etdiyini bildirib. Ana söyləyib ki, uşağı evə gələndə halsız olub, ağlayıb və qorxmuş olub. Onun sözlərinə görə oğlunun başına açılan oyundan xəbər tutandan sonra təcili olaraq polisə məlumat verib.

Ananın bildirdiyinə görə oğlu ekspertizadan keçirilən zaman onun zorakılığa məruz qaldığı məlum olub.

“Qarşı tərəfin ailəsi barışıq üçün bircə dəfə də bizə müraciət etmədi. Onlar bizimlə ədavət aparıb. Səbəbi də torpağa görədir. Nənəsi deyirdi ki, heç nə olmayıb. Ekspertizanın rəyinə də inanmırdılar. Deyirdilər ki, uşağı biz özümüz ekspertiza edək. ona ən ağır cəzanın verilməsini istəyirəm”- deyə zərərçəkmiş şəxsin anası ifadəsində qeyd edib.

Zərərçəkmiş uşaq da nümayəndə ilə ifadə verərkən zorakılığa məruz qaldığını bildirib.

Ekspertiza rəyində də uşağın cinsi zorakılığa məruz qaldığı qeyd edilib.

Təqsirləndirilən A.F. 10 il müddətinə azadlıqdan məhrum edilib. A.F. bu hökmdən apellyasiya şikayəti verərək yetkinlik yaşına çatmadığını nəzərə alınmasını, cinayət işinin yenidən araşdırılmasını istəyib.

Onun apellyasiya şikayəti də təmin edilməyib və 10 illik cəzası qüvvədə saxlanılıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR