Onlayn ictimai-siyasi qəzet
“Komedixana” - 2019-cu ildən Xəzər TV-də yayımlanan və Azərbaycan tamaşaçılarının maraqla izlədiyi komediya şousudur.
Layihə gündəlik həyatdakı məişət və sosial mövzuları yumoristik səhnəciklər və satirik monoloqlarla təqdim edir. Aktyor heyəti müxtəlif obrazlarda çıxış edərək tamaşaçılara həm əyləncə, həm də düşündürücü mesajlar çatdırır. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.
Bəs “Komedixana” ulduzlarından olan aktyor-vayner Mənsur Şərif kimdir?
Musavat.com Mənsur Şərifin dosyesini təqdim edir.
Mənsur Şərif 25 fevral 1990-cı ildə anadan olmuş azərbaycanlı aktyor və sosial media fenomenidir. O, xüsusilə “Komedixana” adlı komediya layihəsindəki çıxışları ilə tanınır.
Mənsur “Maşın şou”da iştirakı ilə də diqqət çəkib.
“Maşın şou”dan səs toplaya bilməyərək ayrılan tanınmış vayner-aktyor Mənsur Şərifə bahalı avtomobil hədiyyə edilib.
Kaliforniyada yaşayan və “Pagani” avtomobil şirkətinin sahibi olan azərbaycanlı Ulmila xanım Mənsur Şərifin “Maşın şou”da çıxdığı dueldə səs toplaya bilməyərək ayrılmasına biganə qalmayıb və ona jest edib. O, Mənsura 2.8 milyon qiyməti olan “Pagani-Narcia” maşını hədiyyə etdiyini açıqlayıb.
Ulmila adlı xanım “Bu maşın sənindir. İstədiyin zaman avtomobili sənə göndərə bilərəm, yarışmanın tək qalibi sənsən” – sözlərini deyib.
Aktyora avtomobil hədiyyə edilməsi uzun müddət gündəmdən düşməyib.
Vaynerlikdən aktyorluğa Mənsur Şərifin ilk rol aldığı film “Üç badam, bir qoz” filmi olub. O, aktyorluğa başlamasını yaşla əlaqələndirib:
“Vayn çəkməyin vaxtı var. 30 yaşdan sonra müəyyən zamanlarda vayn çəkəcəyəm. Vayn çəkməyə başlayanda 23 yaşım vardı. 3 ilə milyonlarla izləyici topladım və hazırda sizin qarşınızda müsahibə verirəm. Bu, uğurdur. Əvvəlki qədər olmasa da, yenə də vayn çəkməyə davam edəcəyik”.
Könül
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ