İnsanlara hürriyət, millətlərə istiqlal!

2 uşaq anası bütün pullarını "TikTok"a qoydu

İngiltərədə iki uşaq anası olan Ketri Qrinol çalışdığı şirkətdən 500 min dollar oğurlayaraq bu vəsaitin böyük hissəsini "TikTok" platformasında xərcləyib.

O, mühasib vəzifəsinə təyin olunduqdan sonra rəhbərliyin etibarından sui-istifadə edərək maliyyə sistemlərinə çıxış imkanı əldə edib. O, 120 icazəsiz əməliyyatla maliyyə sənədlərini saxtalaşdırıb və pulları öz şəxsi hesabına köçürüb.

Qrinolun etirafına görə, oğurladığı vəsaitin 400 min dollarını sevdiyi "TikTok" fenomenlərinə hədiyyələr almağa sərf edib.

Şirkət rəhbərliyi maliyyə itkilərini aşkar etdikdən sonra ondan izahat tələb edib. Qrinol isə araşdırma aparacağı bəhanəsi ilə sonuncu dəfə 27 min dollar köçürüb və guya qohumunun xəstəliyini əsas gətirərək iş yerini tərk edib.

Dələduzluğunu etiraf edən qadın həbs olunub./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR