Onlayn ictimai-siyasi qəzet
2025-26 mövsümündə UEFA Çempionlar Liqasının Liqa mərhələsində oynayacaq 20 komanda artıq bəllidir.
Offsideplus.az xəbər verir ki, 36 komandanın mübarizə aparacağı turnirdə 29 komanda birbaşa iştirak hüququ əldə edəcək. 7 klub isə pley-off mərhələsindən mübarizəyə qoşulacaq. Həmin 29 klubdan 20-si aşağıdakılardır:
İngiltərə: "Liverpul".
İspaniya: "Barselona", "Real Madrid", "Atletiko Madrid", "Atletik".
İtaliya: "Napoli", "İnter", "Atalanta".
Almaniya: "Bavariya", "Bayer", "Ayntraxt", "Borussiya" (Dortmund).
Fransa: PSJ, "Marsel", "Monako".
Niderland: PSV, "Ayaks".
Portuqaliya: "Sportinq".
Çexiya: "Slaviya".
Yunanıstan: "Olimpiakos".
Qeyd edək ki, "Qarabağ" növbəti mövsüm UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin oyunları 22-23 iyul - 29-30 iyul tarixlərində baş tutacaq.
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ