İnsanlara hürriyət, millətlərə istiqlal!

22 ştatın qubernatorundan Trampın qərarına açıq etiraz: Bu, yolverilməzdir

ABŞ-ın 22 ştatının demokrat qubernatorları ABŞ prezidenti Donald Trampın Los-Ancelesdəki etirazları yatırtmaq üçün Kaliforniya milli qvardiyasını göndərmək qərarını tənqid ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlar prezidentin ehtiyac olmadığı halda etirazçılara qarşı aşırı güc tətbiqini yolverilməz hesab edirlər.

Qubernatorların birgə bəyanatında deyilir: "Prezident Trampın Kaliforniyaya milli qvardiyanın yerləşdirilməsinə dair qərarı səlahiyyətdən həyəcanverici sui-istifadədir. Qubernatorlar öz milli qvardiyalarının baş komandirləridir. Federal hökumətin ştat qubernatorunun icazəsi olmadan milli qvardiyanın yerləşdirilməsi üzrə hərəkəti səmərəsiz və təhlükəlidir".

Onların fikrincə, Tramp iğtişaşlarla mübarizə üçün dəniz piyadaları korpusunu göndərməklə hədələməklə” “yerli hüquq-mühafizə orqanlarına inamsızlıq” nümayiş etdirir: “Biz zorakılığa yol verilməyəcəyini və yerli hakimiyyət orqanlarının xaotik federal müdaxilə və hədə-qorxu olmadan öz işlərini görə biləcəyini açıq şəkildə bildirən Kaliforniya qubernatoru Qevin Nyusomun yanındayıq”. Onların arasında Viskonsin, Kanzas, Kentukki, Minnesota, Miçiqan, Nyu-York, Oreqon, Pensilvaniya və Şimali Karolina qubernatorları da var.

Qeyd edək ki, Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanmasına qarşı etirazlar üçüncü gündür ki, davam edir. Ağ Ev rəhbərinin müavini Stiven Miller bu nümayişləri və iğtişaşları üsyan adlandırıb və rəhbəri miqrantların kütləvi deportasiyasında iştirak etməyəcəyini bildirən Los Anceles polisinin mövqeyini tənqid edib. Tramp ştatın qubernatorundan yan keçərək iğtişaşlarla mübarizə aparmaq üçün 2000 qvardiya hərbçisinin Los-Ancelesə yeridilməsinə göstəriş verib. Onlar iyunun 8-i səhər saatlarında şəhərə gəlməyə başlayıblar və hazırda Amerika mediasının məlumatına görə, orada 300-ə yaxın döyüşçü var.

Kaliforniya qubernatoru Qevin Nyusom Los-Ancelesdə proseslərin nəzarət altında olduğunu, yerli hüquq-mühafizə orqanlarının etirazları yatırmaq üçün yetərincə gücünün olduğunu elan edərək, şəhərə milli qvardiyanın yeridilməsinə qarşı çıxış edib.

Qeyd edək ki, Kaliforniya quberantoru Trampın rüsum qərarlarına açıq etiraz edən ilk hakimiyyət təmsilçisidir. Məhz onun açıq etirazlarına görə Tramp ştatı bir sıra vergi gəlirlərindən məhrum etməklə hədələmişdi. Bunların fonunda Los-Ancelesə federal milli qvardiya kontingentinin yeridilməsi qubernatorun hakimiyyətinə qarşı yönəlmiş akt kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR