İnsanlara hürriyət, millətlərə istiqlal!

"38 yaşında Cəbrayıldan çıxdım, 70 yaşında QAYITDIM" - əfsanə qazi Vaqif Əlisoyla duyğu dolu müsahibə

Birinci Qarabağ müharibəsi dövründə Allahverdi Bağırovdan sonra ən çox azərbaycanlı əsiri qaytaran əfsanə qazi Vaqif Əlisoy TV Musavat-a danışıb.

Qeyd edək ki, Vaqif Əlisoy 1988-1993-cü illərdə erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak edib. Cəbrayıl ərazi özünümüdafiə taburunun, həmin ərazidə fəaliyyət göstərən “N” saylı hərbi hissənin yaradılmasında fəal iştirak edib, həmin hərbi hissələrin rəhbərliyində olub. Cəbrayıl Ziyalı batalyonunun yaradılmasında, onun silah-sursatla təmin olunmasında da fəal iştirak edib. O, 1991-1993-cü illərdə Əsir və Girovların İşləri üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon şöbəsinə rəhbərlik edib, yüzlərlə insanın düşmən əsirliyindən azad edilməsinə nail olub.

Vaqif Əlisoy artıq 7 aydır ki, uğurunda döyüşdüyü, doğma Cəbrayıl rayonuna köçüb, burada yaşayır.

Əfsanə qazinin TV Musavat-a açıqlamasını təqdim edirik:



Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR