Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Alyaska ştatının sahillərində 5,8 maqnitudalı zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri Kodiak adasındakı Akhiok şəhərindən 154 kilometr cənub-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 9,1 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə informasiya daxil olmayıb, sunami təhlükəsi yaranmayıb.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ