Onlayn ictimai-siyasi qəzet
Beynində qan laxtalanması baş verən və uzun müddət müalicə prosesi keçən aktyor Kadir İnanırın son görüntüsü ortaya çıxıb.
Musavat.com xəbər verir ki, İnanır getdiyi bir məkanda Mersin millət vəkili Mehmet Emin Ekmen ilə qarşılaşıb.
Ekmen aktyorla olan fotosunu “Instagram” hesabında paylaşaraq yazıb:
“Günün gözlənilməz sürprizi Kadir qardaş ilə qarşılaşmaq oldu. Onu həm zehni, həm də fiziki baxımdan sağlam görmək məni çox sevindirdi”.
Xatırladaq ki, Kadir İnanır 24 mart 2023-cü ildə İstanbulun Beykoz səmtindəki evində halı pisləşərək huşsuz vəziyyətdə xəstəxanaya aparılmış, beynində qan laxtalanması diaqnozu ilə təcili əməliyyat olunmuşdu. Bir müddət reanimasiya şəraitində müalicə alan aktyor 1 aprel tarixində oradan çıxarılmış, 4 apreldə isə evə buraxılmışdı.
76 yaşlı sənətçi fizioterapiya müalicəsini davam etdirir.
Musavat.com
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ