İnsanlara hürriyət, millətlərə istiqlal!

AB və Britaniya yeni hərbi ittifaq yaradır – ABŞ-sız müdafiə planı masadadır

Avropa Birliyi və Böyük Britaniya gələn həftə birgə müdafiə və təhlükəsizlik paktını təqdim edəcək.

Musavat.com xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, razılaşma çərçivəsində Britaniyanın Avropa Birliyinin ümumi təhlükəsizlik və müdafiə siyasətində iştirakına icazə verilməsi nəzərdə tutulur. Bu, Avropa dövlətlərinin kollektiv müdafiə və sülhməramlı missiyalarında Britaniya qüvvələrinin iştirakını da əhatə edəcək.

Sənəddə həmçinin ABŞ-ın NATO çərçivəsində əməliyyatlara icazə vermədiyi hallarda Avropa dövlətlərinin birgə fəaliyyət mexanizmi formalaşdıracağı vurğulanır. Bu, Vaşinqtonun müəyyən situasiyalarda roldan çəkilməsi ehtimalına qarşı ehtiyat plan kimi dəyərləndirilir.

Yeni pakt Avropada təhlükəsizlik strukturunun gələcəyi baxımından mühüm addım hesab olunur və ABŞ-dan asılılığın azalmasına yönəlib. Rəsmi təqdimatın gələn həftə baş tutacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR