İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Suriyaya ŞOK TƏKLİF: Sanksiyaların ləğvi üçün ŞƏRTLƏR AÇIQLANDI

ABŞ Suriyaya qarşı sanksiyaların qismən ləğvi müqabilində yerinə yetirilməli olan şərtlərin siyahısını təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi altı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ dövlət katibinin Livan və Suriya məsələləri üzrə köməkçisinin müavini Nataşa Françeski Brüsseldə keçirilən Suriyaya donor dəstəyi konfransında Suriya xarici işlər naziri Əsəd əl-Şibanı ilə şəxsən görüşərək siyahını ona təqdim edib.

Şərtlər nələrdir?

- Suriyanın idarəetmə strukturlarında xarici döyüşçülərin rəhbər vəzifələr tutmaması təmin edilməlidir.

- Suriya qalan bütün kimyəvi silah ehtiyatlarını məhv etməli və terrorizmlə mübarizədə əməkdaşlıq etməlidir.

- ABŞ 10 ildən çoxdur Suriyada itkin düşmüş amerikalı jurnalist Ostin Taysın tapılmasında vasitəçi təyin olunmasını istəyib.

Bundan əvvəl, martın 25-də beynəlxalq internet monitorinq xidməti "NetBlocks" bütün Suriyada genişmiqyaslı internetin kəsilməsinin qeydə alındığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR