İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ diplomatlarını İraqdan TƏXLİYƏ EDİR

ABŞ İraqdan qalan diplomatik heyəti təxliyyə edir. 

Musavat.com xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb. 

Qeyd olunur ki, İraqdan ABŞ diplomatlarının olduğu təxliyə reysləri yenidən bərpa olunub.

"Həm səfirlik, həm də konsulluq adi viza xidmətlərini müvəqqəti olaraq dayandırıb, lakin ABŞ vətəndaşları üçün konsulluq xidmətləri açıq qalır", - Səfirlik bildirib.

Xatırladaq ki, iyunun 11-də ABŞ Dövlət Departamenti yüksək təhlükəsizlik riskləri səbəbindən Bağdaddakı səfirlik və İraq Kürdüstanı, Ərbildəki konsulluqdan bəzi əməkdaşların təxliyəsi barədə göstəriş verib.

İqbal RZAYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR