İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın GİZLİ PLANI ortaya çıxdı - Yalnız varlılar və güclülər sahib olacaq

ABŞ insan nəslinin məhvi ehtimalına qarşı gizli yeraltı şəhərlər inşa edib – Sensasion iddia

ABŞ hökumətinin illərlə gizli şəkildə insan nəslinin mümkün məhvi ehtimalına qarşı yeraltı şəhərlər inşa etdiyi iddia olunur. Bu qalmaqallı açıqlama ABŞ-ın sabiq prezidenti Corc H. V. Buş dövründə Şəhərsalma üzrə nazir müavini olmuş Ketrin Ostin Fitts tərəfindən səsləndirilib.

Musavat.com xəbər verir ki, Fitts bu barədə keçmiş Fox News aparıcısı Taker Karlsonun YouTube kanalında danışıb. O bildirib ki, ABŞ dövləti zəngin və güclü insanların bu şəhərlərə sığına bilməsi üçün milyonlarla vəsait xərcləyib.

Catherine Austin Fitts

Ketrin Ostin Fitts

Fitts, 1989-1990-cı illərdə nazir müavini vəzifəsində çalışıb və 2017-ci ildə iqtisadçı Mark Skidmorun təqdim etdiyi bir hesabatı xatırladıb. Həmin hesabatda qeyd olunub ki, 1998-2015-ci illər arasında ABŞ Müdafiə Nazirliyi və İskan Nazirliyi xətti ilə 21 trilyon dollar mənbəyi bəlli olmayan vəsait xərclənib.

“Bu vəsaitin çoxu məxfi saxlanılan yeraltı şəhərlər və onların nəqliyyat sistemləri üçün istifadə olunub. Sadəcə olaraq fövqəladə sayda yeraltı şəhərlər və kommunikasiya sistemləri inşa etmişik”, – deyə Fitts iddia edib.

O, 21 trilyon dolların izini tapmaq üçün 2 il araşdırma apardığını, bu müddətdə ABŞ ərazisində 170-dən çox gizli obyektin mövcud olduğunu göstərən sübutlar əldə etdiyini də bildirib. Hətta bu obyektlərin bir hissəsinin ABŞ-ın ətrafındakı okeanların altında inşa olunduğunu deyib.

“Bu yeraltı şəhərlərə yalnız zəngin və güclü şəxslər daxil ola biləcək”, – deyə Fitts əlavə edib.

Ketrin Ostin Fitts bu şəhərlərin əsas məqsədinin insan nəslinin kütləvi yox olma təhlükəsi ilə üzləşəcəyi halda istifadə olunmaq üçün hazırlandığını bildirib. O eyni zamanda bu məkanların ABŞ hökumətinin məxfi kosmik proqramları üçün də baza ola biləcəyini istisna etməyib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR