İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran danışıqlarının dördüncü raundu bu tarixdə keçiriləcək

Tehranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının dördüncü raundu bu həftəsonu, mayın 10-11-də baş tuta bilər. Musavat.com xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun bu barədə məlumatını X hesabında Axios-un müxbiri Barak Ravid paylaşıb.

Onun yazdığına görə, danışıqlar yalnız prezident Donald Trampın Yaxın Şərqə səfərinə görə təxirə salına bilər: "Vitkoff mənə dedi ki, ABŞ bu həftəsonu İranla nüvə danışıqlarının dördüncü raundunu müzakirə etməyə çalışır. Əgər bu baş verməsə, bu, yalnız prezidentin Yaxın Şərqə səfəri ilə bağlı olacaq".

Vitkoff jurnalistə bildirib ki, İranla danışıqlar müsbət istiqamətdə gedir: "Biz müəyyən irəliləyiş əldə edirik. Ümid edirəm ki, onlar düzgün istiqamətdə hərəkət edirlər. Prezident bunun mümkün olduğu təqdirdə diplomatik yolla həllini istəyir, ona görə də biz onların hərəkətə keçməsi üçün əlimizdən gələni edirik".

Dünən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi Tehranın İranın nüvə proqramı ətrafında böhranın həlli məsələsində Vaşinqtonla dolayı danışıqları davam etdirməyə hazır olduğunu və vasitəçi rolunu oynayan Omandan növbəti görüşün tarixini və yerini gözlədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR