Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq planına sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, o, bu addımın regionda sülhə deyil, əksinə, gərginliyə səbəb ola biləcəyini bildirib.
“Bu düşüncəsiz qərar yalnız HƏMAS-ın təbliğatına xidmət edir və sülh prosesini geri aparır. Bu, 7 oktyabr hücumlarının qurbanlarına qarşı hörmətsizlikdir,” – deyə Rubio vurğulayıb.
Qeyd edək ki, Makron son aylarda Fələstin dövlətinin tanınması ilə bağlı təşəbbüslərlə çıxış edir və bu məsələ Fransa ilə ABŞ arasında fikir ayrılığına səbəb olub.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ