Onlayn ictimai-siyasi qəzet
ABŞ prezident administrasiyası amerikalı senator Lindsi Qremi Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə yumşaltmağa və onların icrasına nəzarəti Trampa verməyə inandırmağa çalışır.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.
"Konstitusiya prezidentə xarici ölkələrlə diplomatik əlaqələr qurmaq səlahiyyəti verir. İstənilən sanksiya paketi prezidentə istədiyi xarici siyasəti həyata keçirməkdə tam çeviklik verməlidir", - Ağ Evin sözçüsü bildirib.
Konqres rəsmilərinin sözlərinə görə, prezident administrasiyası dəfələrlə senatorlarla əlaqə saxlayıb, onları sanksiyaları nəzərdə tutan qanun layihəsini yumşaltmağa inandırmağa çalışıb. Təkliflərə sanksiyaların məcburilik mahiyyətinin ləğvi, həmçinin qanuna Trampın sanksiyaları kimə tətbiq edəcəyini seçmək imkanı verən istisnaların daxil edilməsi də yer alıb.
Bundan əvvəl Amerika lideri Konqres Senatındakı partiya yoldaşlarından Rusiyaya qarşı daha sərt sanksiyaları, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun layihəsini hələlik səsverməyə qoymamağı xahiş edib.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ