Onlayn ictimai-siyasi qəzet
Ağstafa rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, Bakı – Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində minik avtomobilləri toqquşub.
Qəza nəticəsində M. Əlizadə (1998), G. Məmmədova (1970), V. Abbasov (1977), N. Məmmədov (1989), R. Əfəndiyev (1997) yaralanıblar. Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
05 May 2025
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ