Onlayn ictimai-siyasi qəzet
Almaniya artıq üç Patriot sistemini Kiyevə təhvil verib.
Musavat.com xəbər verir ki, məlumatı “The Washington Post” (WP) mənbələrə istinadən yayıb.
Bildirilir ki, Berlin artıq üç Patriot sistemini Ukraynaya təhvil verib və Vaşinqtonla əlavə sistemlərin tədarükü və əvəzedicilərin alınması barədə danışıqlar aparır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyulun 14-də Avropa dəyərini ödəyərsə, Vaşinqtonun Kiyevə silah və hərbi texnika ötürməkdə davam etmək qərarına gəldiyini açıqlayıb.
Nəşrin yazdığına görə, bir Patriot batareyasının qiyməti 1 milyard dolları, raket əleyhinə mərminin isə hər vahidi təxminən 4 milyon dolları keçə bilər: "Kimin ödəyəcəyi qədər vacib olan məsələ sistemlərin haradan gələcəyidir. Ukraynanın müttəfiqləri aylardır ki, Patriot sistemlərindən imtina etməkdə tərəddüd edirdilər. Amerika və Avropa rəsmiləri deyirlər ki, bu, onları müdafiəsiz qoyacaq. Son razılaşma bu problemi həll etmir - kimsə hələ də sistemlərdən imtina etməli olacaq. Buna baxmayaraq, Trampın qərarı danışıqları canlandırıb. İstər mövcud ehtiyatlardan, istərsə də çatdırılmağa hazır olan partiyadan Ukraynaya Patriot hədiyyə edən ölkə əvəzetmələrdə prioritet və ya daha yaxşı şərtlər əldə edə bilər".
Qəzetin iki mənbəsi bildirib ki, digər təchizatlara radarlar, radioelektron söndürmə avadanlıqları, pilotsuz uçan aparatlar və artilleriya daxil ola bilər.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ