Onlayn ictimai-siyasi qəzet
Antalyanın Kəmər rayonunda Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin (48) bıçaqlanması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 8 şübhəlidən 6-sı həbs edilib.
Kemer Respublika Prokurorluğunun göstərişi ilə Antalya Jandarma Komandanlığı tərəfindən başladılan araşdırma çərçivəsində A.R. və K.K. hadisə baş verən gün Antalya Hava Limanında saxlanılıb, Rusiyaya getdiyi müəyyən edilən və barəsində qırmızı bülleten çıxan Eynullah Babazadə isə Rusiya hava limanında tutulub. E.Babazadə İnterpol xətti ilə Türkiyəyə qaytarılıb.
Antalya Hava Limanında təyyarə bileti tapa bilməyən, xarici görünüşünü və paltarını dəyişib, saç və saqqalını qırxaraq yenidən hava limanına gələn Fuad Babayev və Rəşad Səlimov da hadisə baş verən gün saxlanılıb. İstintaq çərçivəsində Muhammed İznauprviç Qaytayev, Vüqar Əsədov yaxalanıblar. Şübhəlilər A.R. və K.K. jandarma ifadələrini verdikdən sonra sərbəst buraxılısalar da, Azər Həsənov, Eynullah Babazadə, Muhammed İznauprviç Qaytayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov dünən dindirildikdən sonra onlaırn işi məhkəməyə göndərilib. 6 şübhəli "mütəşəkkil və qəsdən adam öldürməyə cəhd" cinayəti ilə prokurorluqda aparılan əməliyyatlar çərçivəsində həbs edilib.
Xatırladaq ki, Göynük məhəlləsindəki Atatürk İdman Sarayında başlayan İFMA U23 Elit Muaytay üzrə Dünya Çempionatında iştirak edən Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev mayın 18-də yarışın keçirildiyi zalın qapısında qarın və boğaz nahiyəsindən iki bıçaq xəsarəti alıb. Musayev təcili yardımla Kəmər Dövlət Xəstəxanasına aparılıb, daha sonra müalicə üçün Antalya Şəhər Xəstəxanasına təxliyə edilib. ("Unikal")
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ